Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni universal proqramlaşdırma dili yaradılıb


Nisbətən mürəkkəb veb səhifənin yaradılması “HTML”, “CSS” və “JavaScript” daxil olmaqla bəzi proqramlaşdırma dilləri üzrə bilik tələb edir. Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları iddia edir ki, onlar veb saytların yaradılmasını sürətləndirməyə və sadələşdirməyə imkan verən bu texnologiyaları yeni vahid proqramlaşdırma dilində birləşdiriblər.
 
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “Ur/Web” adlı proqramlaşdırma dilinə müasir populyar veb texnologiyalar daxildir və tərtibatçı proqramlaşdırma dillərinin hər biri ilə ayrı-ayrılıqda işləmək məcburiyyətində olmayacaq.
 
"Mən düşünürəm ki, bu proqramlaşdırma dili geniş tətbiq oluna bilər, çünki bir çox hallarda veb hazırlama üzrə xərcləri azaltmağa qadirdir" – “Ur/Web” dilinin yaradıcısı Massaçusets Texnologiya İnstitutunda professor köməkçisi işləyən Adam Çlipala deyib.
 
O, həmçinin əlavə olaraq bildirib  ki, bu dil müasir veb-standartlarla müqayisədə daha universaldır.
 
Emil Hüseynov
 




29/12/14    Çap et