Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Chrome” səyyahının 3 yaşı tamam olub


Dünən, sentyabrın 1-də “Google” şirkətinin “Chrome” səyyahının (brauzerinin) 3 yaşı tamam olub. Məhz 2008-ci il sentyabr ayının 1-də ilk dəfə olaraq istifadəçilərə “Windows” əməliyyat sistemi üçün “Chrome” səyyahının beta-versiyasını yükləmək nəsib olub,- “TechCrunch” bildirib.

Bugünkü gun üçün “StatCounter” şirkətinin məlumatına görə, səyyah bazarında “Chrome”-un payı təxminən 22% təşkil edir, halbuki onun əsas rəqibləri “Firefox” və “İE” səyyah bazarının müvafiq olaraq 28% və 42%-ni tuturlar.




02/09/11    Çap et