Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalının istifadəçi yönümlü interfeysi inkişaf etdirilib


Ötən il “Elektron hökumət” portalının istifadəçi yönümlü interfeysi inkişaf etdirilib.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, bu müddət ərzində mövcud elektron xidmətlərin sadələşdirilməsi, yeni funksionallıqların yaradılması üzrə bir sıra işlər görülüb.
 
Belə ki, “Qeyri-rezident”, “Vətəndaş”, “Sahibkar”, “Qeydiyyatsız xidmətlər”, “Əks Əlaqə”, “Mənim xidmətlərim” bölmələri, eləcə də “Şəxsi kabinet”, “E-gov yeniliklərinə abunə ol” servisi və s. yaradılıb.
 
CAHANGİR
 




05/01/15    Çap et