Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Net Applications” analitik şirkəti səyyahların yeni statistikasını dərc edib


“Net Applications” analitik şirkəti avqust ayında veb-səyyahların fərdi kompyuter və mobil qurğu istifadəçiləri arasında populyarlıq statistikasını dərc edib.
Məlumatlara əsasən, avqust ayında “İnternet Explorer” səyyahının populyarlıq göstəricisi 55,3% olub. “Firefox” səyyahında bu göstərici 22,6%, “Chrome”-da isə 15,5% olub. “Safari” səyyahının bazardakı payı təxminən 4,6%, “Opera”-da isə 1,7% təşkil edib.
Mobil sferada “Safari” 53% göstərici ilə liderdir. “Opera Mini” (20.8%) ikinci yerdə, “Android Browser” isə 15.7% göstərici ilə üçüncüdür.




03/09/11    Çap et