Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

8 il bundan əvvəl ilk “iPhone” təqdim edilib


2007-ci il yanvarın 9-da Stiv Cobs San-Fransiskoda “iPhone” smartfonunu ictimaiyyətə təqdim edib.
 
“Apple” şirkətinin həmtəsisçisi Cobs bildirib ki, smartfon üç cihazın – "iPod", "inqilabi mobil telefon" və "irəliləyiş etmiş internet smartfon" funksiyalarını özündə birləşdirib.
 
2007-ci ildə nüfuzlu “Time” jurnalı Stiv Cobsun “biz telefona ikinci həyat verdik” sözlərini təsdiqləyərək bu telefonu ilin ixtirası adlandırıb.
 
Emil Hüseynov
 




09/01/15    Çap et