Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi


Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu iyunda AzScienceNet elmi kompyuter şəbəkəsində qeydə alınan şəbəkə insidentləri və virus aktivliyinin miqdarı haqqında ilk statistik hesabatı dərc edəcək.
Statistik hesabat şəbəkə hücumları və onların təhlükəlilik səviyyələri haqqında məlumatlar daxil olmaqla, şəbəkə insidentlərinə və zəifliklərinin təsvirinə həsr olunacaq.
Statistik hesabat funksiyaları bilavasitə AzScienceNet şəbəkəsini əhatə edən AZ-CERT kompyuter insidentlərinə reaksiya komandası tərəfindən hazırlanmaqla,hər ay dərc olunacaq.
Hesabatın hazırlanmasında əsas məqsəd təhdidlər bardədə istifadəçiləri vaxtında xəbərdar etməkdir ki, bu da virus və haker hücumlarından dəyən ziyanı əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək.




08/06/11    Çap et