Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ölkəmizdə qan vermək üçün xeyriyyə məqsədi daşıyan internet resursu fəaliyyət göstərir - www.qanver.com


Ölkəmizdə xeyriyyə məqsədi daşıyan "www.qanver.com" internet resursu fəaliyyət göstərir.

Layihənin məqsədi respublikadakı könüllü qan donorlarını bir araya toplamaq, kiməsə təcili qan lazım olduqda saytda qeydiyyatdan keçmiş müvafiq qan qrupu olan insanlara SMS və ya e-mail formasında bildiriş göndərməkdir. 

 "www.qanver.com" saytında mobil versiyanın əlavəsi, yeni bölmələrin yaradılması, qeydiyyatçıların hansı  şəhərdən olmaları, axırıncı dəfə nə vaxt  qan vermələri ilə bağlı məlumatlar yer alacaq.


 
Hazırda bazada 1500-dən çox donor var.

+1 (371) :  +2  (450) : +3  (292) : +4  (223)
-1  (92)  :  -2  (75)   : -3  (54)  : -4   (32)


Bu yaxınlarda, resursun mobil versiyasının da istifadəyə verilməsi nəzərdə tutulur.

Bu "mobile app"-də yaxınlıqdakı  xəstəxanalar və oradakı  xidmətlər haqqında məlumatlar yer alacaq və istifadəçilərə müvafiq bildirişlər göndəriləcək.
 
CAHANGİR


 




15/01/15    Çap et