Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ və Böyük Britaniyada kibertəlimlər keçiriləcək


ABŞ və Böyük Britaniya hər iki dövlətin kiberməkanında təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə plan hazırlayıb.

Layihə çərçivəsində ölkələr bir-birinə qarşı yönələn kiberhücumlar həyata keçirəcək. 2015-ci ilin sonuna təyin edilən süni kiberhücumların ilk mərhələsi maliyyə sektoruna yönələcək. Hücumlar İngiltərə Bankı və ölkənin iri maliyyə institutları üçün nəzərdə tutulub.

Təlimlər kiberfırıldaqçıların müxtəlif şirkətlərə artan hücumları ilə əlaqədar keçiriləcək. Təşəbbüs hər iki dövlətin hakerlərdən mühafizəsinin gücləndirilməsi, eləcə də informasiya mübadiləsi üçün kanalların qurulması məqsədi daşıyır. Bundan başqa, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) və Böyük Britaniya Təhlükəsizlik Xidməti (MI5) arasında informasiya mübadiləsi üçün “kiberözəy”in yaradılması planlaşdırılır.

Təşəbbüs ABŞ Prezidenti Barak Obama ilə ikigünlük görüşə yola düşən Böyük Britaniya baş naziri Devid Kemeronun rəhbərlik etdiyi Nazirlər Kabineti tərəfindən irəli sürülüb, - "Payspacemagazine” yazır.




17/01/15    Çap et