Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “Softcard” mobil ödənişlər şirkətini satın alır


“Google Inc” hazırda “Softcard” mobil ödənişlər şirkətinin satınalınması ilə bağlı danışıqlar aparır.


“ICTnews” xəbər xidmətinin “TechCrunch”ə istinadən verdiyi məlumata əsasən, bu işbirliyi “Google” şirkətinə ABŞ-ın ən iri mobil rabitə operatoru və onun yeni “Apple Pay” servisi ilə rəqabət aparmağa kömək edəcək. Müqavilənin ümumi dəyəri 100 milyon dollar olacaq.
 
“Softcard” şirkətinin təsisçiləri “AT&T Inc”, “Verizon Communication Inc”, “Verizon Wireless Inc” və “T-Mobile US Inc” şirkətləridir.
 
Aynur Vəliyeva 
 
 




19/01/15    Çap et