Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Mərkəzi Bankı İT təchizatının təmin edilməsi ilə bağlı yeni müqavilələr imzalamağa hazırlaşır


Azərbaycan Mərkəzi Bankı İT təchizatının təmin edilməsi məqsədi ilə İKT şirkətləri ilə danışıqlar aparır.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, bankın apardığı danışıqların əsas mövzusu Avtomatik Telefon Stansiyalarına illik servis xidmətlərinin, aylıq statistik bülletenlərinin elektron formatda dizayn edilməsi, illik hesabatın elektron dizaynı və çap edilməsi xidmətlərinin təmin edilməsi, Mərkəzi Bankın inzibati binası üçün kabel xətlərinin çəkilməsi ilə əlaqədar layihə smeta sənədlərinin hazırlanmasıdır. 

Bu ilin birinci rübündə qeyd edilən xidmətlərin təchizatçıları Mərkəzi Bank tərəfindən müəyyən ediləcək.
 
Aynur Vəliyeva




21/01/15    Çap et