Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Birinci Avropa Oyunları ərəfəsində Bakıda MilliÖn” terminallarının sayı və xidmət çeşidi genişlənəcək


“Komtech” şirkəti Birinci Avropa Oyunları ərəfəsində Bakının mərkəzində və digər yerlərdə  “MilliÖn” terminallarının sayını artırmaq niyyətindədir.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, qeyd edilən tədbir ərəfəsində bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub, onlardan biri də Bakının mərkəzində yeni terminalların quraşdırılmasıdır. Bu terminallarda Avropa Oyunlarının qonağı olan xarici qonaqları, turistləri maraqlandıran xidmətlər olacaq.
Son günlər yeraltı keçidlərdə terminalların götürülməsi ilə bağlı məlumatlara gəldikdə, şirkətdən bildiriblər ki, bəzi terminalların işində keçidlərdə tez-tez nasazlıq müşahidə olunduğuna görə onların yerləri dəyişdirilir.
 
 Ümumilikdə isə “Komtech” şirkəti terminallarında problemlər yarandıqda onları məsafədən xüsusi proqram təminatı vasitəsi ilə həll edirlər.
 
Aynur Vəliyeva
 




24/01/15    Çap et