Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fikrin gücüylə idarə olunan televizor yaradılıb


Çin şirkəti “Haier” “İFA 2011” (Berlin) sərgisində fikir əmrlərinə reaksiya verə bilən televizorun prototipini təqdim edib.

Qurğuda “NeuroSky ThinkGear” texnologiyası reallaşdırılıb: xüsusi komplekt istifadəçinin başına bərkidilir və beyin dalğalarını qeydə alır. Çəkilmiş göstəricilər sonra rəqəmsal formaya çevrilir və televizoru idarə etmək üçün istifadə olunur.

Təqdimat gedişində göstərilib ki, sistem "fikrin gücü" ilə ekrandakı virtual çəlləyi partlatmağa imkan yaradır.

“NeuroSky ThinkGear” idarə sistemi ilə olan televizorların satışa nə vaxt və hansı qiymətə çıxarılacağı haqqında heç nə bildirilməyib.




05/09/11    Çap et