Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvan MR-də ötən il 600-dən çox POS-terminal quraşdırılıb


Pul əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması məqsədilə 2014-cü ildə 619 POS-terminal istifadəyə verilib. Bu göstərici 1 yanvar 2015-ci il tarixə 867-yə çatıb.
 
"ICTnews" elektron xəbər xidmətinin xəbərinə görə, bu, 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının 2014-cü il üzrə sosial-iqtisadi inkişafına dair hesabatda əksini tapıb. 
 
Qeyd edək ki, POS-terminallardan geniş istifadə vəsaitlərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına müsbət təsir göstərib.
 
CAHANGİR




27/01/15    Çap et