Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycandilli “Vikipediya”da “London ayı”


Fevral ayı azərbaycandilli “Vikipediya”da “London ayı” elan olunub.
 
“ICTnews” elektron xəbər xidmətinin “Vikipediya”ya istinadən verdiyi məlumata görə,  “London ayı” –“Mövzulu ay” layihəsinin bir hissəsi kimi London şəhəri haqda məqalələrin yazılması üçün yaradılıb. Bu layihə çərçivəsində mövzu ilə əlaqəli məqalələrin zənginləşdirilməsi də nəzərdə tutulub.
 
Layihə iştirakçıları  http://“Vikipediya:Mövzulu ay/London ayı/Plan” səhifəsində nəzərdə tutulan səhifələri, həmçinin həmin səhifədə olmayan, lakin London şəhəri bağlı olan səhifələri yarada və təkmilləşdirə bilərlər.
 
Qeyd edək ki, bu layihə  “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilir.
 
CAHANGİR
 
 




02/02/15    Çap et