Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da klinika və tibb mərkəzləri “Apple HealthKit” servisini tətbiq edir


ABŞ-da səhiyyə sahəsində fəaliyyət göstərən böyük təşkilatlar sistemlərini “HealthKit” serivisi ilə inteqrasiya etməyə başlayıb. Hazırda ölkənin 23 iri klinika və tibb mərkəzindən 14-ü “Apple” şirkətinin texnologiyasının tətbiqinə başlayıb.  

İndiyədək insanın sağlamlığı haqqında məlumatlar çoxsaylı əlavə və tibbi qurğular vasitəsilə toplanılıb və bir yerdə saxlanılmayıb. Bu səbəbdən “Apple” mütəxəssisləri informasiyanı mərkəzləşdirilmiş qaydada saxlamaq qərarına gəliblər ki, bu da istifadəçilərə və müalicəni aparan həkimlərə sağlamlıq vəziyyətinə daha effektiv nəzarət etməyə imkan verəcək. “HealthKit” isə öz-özlüyündə xəstələr haqqında xəstəlik tarixçələrinin saxlanıldığı qlobal tibbi bazadır. Proqram həkimlərin kompüterinə quraşdırılır, xəstələr haqqında məlumatlar “bulud” texnologiyalı saxlanclara göndərilir.

“Apple” sağlamlıq vəziyyətinə smartfonlar vasitəsilə nəzarət etməyə imkan verən “HealthKit” platforması və "Health” əlavəsini “WWDC 2014” konfransında təqdim edib. Sistem kənar tibbi cihazlarla birlikdə işləyir. Onların köməyi ilə “iPhone” insan orqanizminin göstəricilərini, o cümlədən ürək döyüntüsünü, qanda şəkərin miqdarını izləyə bilir. Parametrlərdən biri normadan kənar olduğu halda bu barədə informasiya dərhal tibbi mərkəzlərinə göndəriləcək.

“Apple Watch” saatının satışa çıxarılması ilə “HealthKit” xidmətinin tətbiqi daha yüksək templərlə gedəcək. Bildirilir ki, səhiyyə sahəsində və “Epic” proqram təminatından istifadə edən on iri sistem tezliklə istifadəçilərin “HealthKit”-dən alınan sağlamlığı və fiziki aktivliyi haqqında məlumatları “MyChart” fərdi sağlamlıq kartına inteqrasiya edə biləcək, - "Internetua” yazır. 





07/02/15    Çap et