Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype Cam” sosial videoşəbəkəsi istifadəyə veriləcək


ABŞ-ın “Microsoft” korporasiyası “Skype Cam” əlavəsini buraxmağa hazırlaşır. Əlavə “Windows Phone” əməliyyat sisteminin əsasında işləməklə istifadəçilərə başqaları ilə fotoşəkil və videoçarxları mübadilə etməyə imkan verəcək.
 
Fotoşəkil və ya videonu bir albomda birləşdirməklə onlardan həm istifadəçinin dostları, həm də digər şəxslər istifadə edə biləcək. “Skype Cam” əlavəsi artıq "Windows Phone” əlavələr mağazasında dərc edilib, lakin ondan istifadə hələ ki mümkün deyil. Əlavənin “Microsoft” əməkdaşları arasında daxili sınaqdan keçirilməsi güman olunur, - "Iguides”  yazır.




09/02/15    Çap et