Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” “Odysee” startapını satın alıb


“Google” şirkəti mobil telefondakı fotonu kompüterə daşımaq üçün nəzərdə tutulmuş “Odysee” startapını satın alıb.

"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, “Odysee” startapı fevralın 23-də fəaliyyətini dayandıracaq. Bundan sonra tərtibatçılar komandası tam heyətlə “Google” şirkətinə keçəcək. Bu halda tətbiq artıq “AppStore” və “Google Play” internet mağazalarında əlçatmazdır.

“Odysee” tətbiqi mobil telefondan fotonu kompüterə daşımağa və yadda saxlamağa imkan verib. Bu halda istifadəçinin kompüterində müvəqqəti internet olmasa da, o, fotoşəkilə girişə malik olub.

Emil Hüseynov
 




09/02/15    Çap et