Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple iOS 9”-un hazırlanmasında məhsuldarlığa üstünlük veriləcək


“9to5Mac” texnologiya bloqu yazır ki, “Apple” şirkəti yeni “iOS 9” mobil platformasının hazırlanması zamanı funksiyalar dəstinin genişlənməsini deyil, məhsuldarlıq və sistem işinin sabitliyini əsas götürəcək.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, bəzi istifadəçilər şikayətləniblər ki, son illərdə “Apple” şirkəti “iOS” mobil platformasının optimallaşdırılması əvəzinə, ona “Touch ID” skaneri və “Apple Pay” ödəmə sistemi daxil olmaqla yeni funksiyaların tətbiqinə daha çox diqqət ayırır. “iOS 8”-in çıxarılmasından sonra sosial şəbəkələrdə tez-tez şikayətlənirdilər ki, bu platforma əvvəlki nəsil qurğuların işini (məsələn, “iPhone 4S”) xeyli zəiflədir.
 
“iOS 9” platformasında, sözsüz ki, yeni funksiyalar olacaq. Ancaq “9to5Mac” texnologiya bloqunun məlumatına görə, “Apple” bu dəfə məhsuldarlıq və sistemin işinin sabitliyinə üstünlük verəcək.
 
Emil Hüseynov
 
 
 
 




10/02/15    Çap et