Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

DSK informasiya və rabitə sahəsində muzdla işləyənlərlə bağlı statistik göstəriciləri açıqladı


2015-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1516,1 min nəfər olub, onlardan 884,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 631,7 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
 
 Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, muzdla işləyənlərin 1,7 faizi informasiya və rabitə, 22,2 faizi təhsildə, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində və 17,3 faizi iqtisadiyyatın digər sahələrində məşğul olub.
 
 
2014-cü ilin yanvar-dekabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 444,3 manat təşkil edib.
 
İqtisadiyyatın informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində orta aylıq nominal əməkhaqqının daha yüksək olduğu qeydə alınıb.
 
 
SEYMUR




12/02/15    Çap et