Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni markalar çap olunub


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edib.

Yeni marka seriyasında Azərbaycanın orden və medalları əks olunmaqla 5000 tirajla çap olunub.

Markanın qiyməti 60 qəpikdir. Bu işlərin davamı olaraq “Azərmarka” şirkəti Azərbaycan gömrüyünə həsr olunmuş nəfis tərtibatla işlənmiş markalar seriyasını da təqdim edib.

20 və 60 qəpik nominal dəyərli markalar hər biri bir milyonluq tirajla buraxılıb. Qeyd edək ki, hər iki marka Belarus Respublikasında çap olunub.




06/09/11    Çap et