Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

3000 avroluq smartfon nümayiş olunub


Bahalı mobil qurğular istehsalçısı "Bellperre" şirkəti "Android" mobil əməliyyat sistemi ilə işləyən "Touch" smartfonunu təqdim edib.

Aparatın korpusu yüksək keyfiyyətli paslanmayan poladdan hazırlanıb. Aparat 60 müxtəlif rəng variantında əlçatandır. Qurğunun ekranı sapfir şüşə örtüyə malikdir və zədələrdən qorunub.
 
 
"ICTnews" elektron xəbər xidməti "3dnews.ru" saytına istinadən bildirir ki, aparatın texniki xüsusiyyətlərinə gəlincə, qabaqcıl adlandırmaq olmaz. Smartfon 1.5 QHs takt tezlikli adsız ikinüvəli prosessor, 2 QB əməli yaddaş və 48 QB-lıq fləş yaddaşla təchiz edilib. "Super AMOLED" texnologiyası ilə hazırlanmış 4.9 düymlük ekranın təsvir ölçüsü 1280x720 piksel təşkil edir.
 
"Bellperre Touch" smartfonu 1,9 və 8 meqapiksel matrisli kameralar, "Wi-Fi 802.11a/b/g/n" və "Bluetooth 4.0" simsiz rabitə adapterləri, "GPS/QLONASS" naviqasiya sistemləri qəbuledicisi, "NFC" modulu, akselerometr, jiroskop, elektron kompas, barometr və yaxınlaşdırma ötürücüsünə malikdir.
 
 Cihazın ölçüləri 138×69,4×9,4 mm, çəkisi 166 qram təşkil edir. Dördüncü nəsil "LTE" şəbəkəsini dəstəkləyir.
 
Öküz dərisindən işlənmiş korpusa malik "Bellperre Touch" qurğusunun satış qiyməti 2600 avro, timsah dərili modelin dəyəri isə 3000 avro təşkil edəcək.

Emil Hüseynov
 
 
 




13/02/15    Çap et