Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan şirkətləri “QNAP Authorized Partner” proqramının tərəfdaş statusuna layiq görülüblər


Azərbaycan şirkətləri “QNAP Authorized Partner” proqramının tərəfdaş statusuna layiq  görülüblər.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Azərbaycanla yanaşı, bu statusa Qafqaz və Mərkəzi Asiyanın bir neçə ölkəsindən 14 şirkət layiq görülüb.

“QNAP Systems Inc.”in Mərkəzi Asiya və Qafqaz ölkələrində nümayəndəliyinin əsas məqsədi tərəfdaşlarına onun məhsullarının və xidmətlərinin yayılması üçün daha rahat şərtlərin təqdim edilməsidir. Son istifadəçilər üçün isə bu QNAP servisinin keyfiyyətinin gələcək artımı deməkdir.

Bu il üçün nəzərdə tutulmuş avtorizasiya proqramı çərçivəsində bütün regionlarda tərəfdaşlara QNAP məhsulları, yeni texniki həllər, marketinq təşəbbüsləri və tədbirlər  haqda aktual məlumat təqdim ediləcək.
 
Tərəfdaş şirkətlərin mütəxəssisləri QNAP-ın  avtorizə edilmiş təlim mərkəzlərində sertifikatlaşdırılmış təhsil ala bilərlər.
 
Proqram iştirakçıları güzəştli şərtlərlə QNAP-ın demo-komplektlərini, tenderlərdə və iri layihələrdə dəstək alacaqlar, yeni servis mərkəzlərinin və bir sıra digər xidmətlərin açılışında iştirak edə  biləcəklər.
 
Aynur Vəliyeva




13/02/15    Çap et