Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Magistraturaya hazırlaşanlar üçün onlayn sınaq imtahanı keçirilir


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan bakalavrlar üçün onlayn sınaq imtahanı keçirir.
 
 Qəbul imtahanı ərəfəsində bakalavrlara öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan onlayn sınaq imtahanında suallar qəbul imtahanının birinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunur.
 
Komissiyadan bildirilib ki, imtahanda iştirak etmək istəyən bakalavrlar TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər.
 
Bu ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar. Bakalavrlar əldə etdikləri iş nömrəsi və şifrdən istifadə etməklə "tqdk.gov.az" internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanı verə biləcəklər.
 
 
 
Həqiqət İSABALAYEVA




14/02/15    Çap et