Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniyalı zərgərlər Çin Yeni ilinin şərəfinə “iPhone 6” smartfonunun eksklüziv versiyasını buraxıblar


Britaniyanın "Goldgenie" şirkəti Çin Yeni ili ilə eyni vaxtda "iPhone 6" smartfonunun bahalı versiyasını təqdim edib. Həm də bu yaxınlarda elan edilmiş 3.5 milyon dollarlıq eksklüziv modeldən fərqli olaraq, 64 və 128 QB-lıq yaddaşa malik yeni modifikasiyanın dəyəri müvafiq olaraq 4000 və 4300 dollar təşkil edir.
 
"ICTnews" elektron xəbər xidməti "macdigger.ru" saytına istinadən bildirir ki, "iPhone 6 Elite Year of the Goat Limited Edition" 24 karatlıq qızılla örtülmüş  və arxa paneldə lazer vasitəsilə bu ilin simvolu həkk edilmiş korpusa malikdir. Qurğu içərisində qulaqlıq, birləşdirici stansiya, "USB" kabel və sənəd olan çox gözəl laklanmış qutuda tədarük olunur.
 
Smartfonun texniki xarakteristikaları dəyişməz qalıb. "iPhone 6" smartfonu 1334x750 piksel təsvir ölçülü 4,7 düymlük ekran, 64 bitlik "Apple A8" prosessoru, 1 QB əməli yaddaş, avtofokus və ikiqat işıq diodu işıqlandırıcısına malik 8 meqapiksellik əsas "iSight" kamerası, "FaceTime" ön kamerası, "Wi-Fi 802.11 a/b/g/n/ac", "Bluetooth 4.0", "NFC", "A-GPS", "GLONASS", barometr, akselerometr və jiroskopla təchiz edilib.
 
"iPhone 6 Elite Year of the Goat Limited Edition" 99 nüsxə olmaqla məhdud tirajla çıxarılacaq.
 
Emil Hüseynov




20/02/15    Çap et