Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” uşaqlar üçün “YouTube” mobil tətbiqi yaradacaq


Fevralın 23-də “Android” mobil platforması üçün “YouTube Kids”  tətbiqi buraxılacaq.

"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, mobil tətbiq mümkün dərəcədə sadələşdirilib. Məsələn, şərhlər və başqa elementlər yoxdur. Bütün düymələrin ölçüsü böyüdülüb ki, onlara asan şəkildə barmaqla sıxmaq mümkün olsun.

“YouTube Kids” mobil tətbiqində “YouTube”da bəzi sözlərin axtarışını bloklayan valideyn nəzarəti funksiyası əlçatan olacaq.

Mətni klaviaturada yığa bilməyən uşaqlar səsli axtarışdan istifadə edə biləcək. Əsas ekranda məşhur uşaq verilişləri göstəriləcək və yuxarı hissədə əyləncə, öyrədici və məşhur videolar arasında keçid üçün ikonkalar olacaq.

Emil Hüseynov




20/02/15    Çap et