Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter”də yeni funksiya istifadəyə verilib


Mobil qurğunun köməyi ilə video çəkmək üçün xüsusi düyməyə sıxmaq lazımdır. Çəkiliş bitdikdə “Twitter” mikrobloqlar xidmətində dərc ediləcək.

“Twitter” mikrobloqlar xidmətində istifadəçilər öz səhifələrində yalnız foto deyil, həm də video dərc edə bilərlər.
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, bu haqda ötən həftənin şənbə günü istifadəçilərə göndərilmiş məktubda yazılıb.

"Twitter videoçəkiliş funksiyasını təqdim edirik. Həyatınızın ən vacib məqamlarını “Twitter”də video kimi dərc edin və bütün dünyaya göstərin” – məktubda yazılıb.

Kamera ilə təchiz edilmiş mobil qurğunun köməyi ilə video çəkmək üçün xüsusi düyməyə sıxmaq lazımdır, çəkiliş bitən kimi mikrobloqda dərc ediləcək.

“Twitter” sosial şəbəkəsi qısa mesajlarla mübadilə üçün mikrobloqlar xidmətidir. Şirkət 2006-cı ildə təsis edilib.

Emil Hüseynov
 

 
 
 
 
 




23/02/15    Çap et