Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fransa işəgötürənlərinə xidməti telefonlarda SMS oxumaq hüququ verilib


Fransa məhkəmə orqanlarının qərarına görə, əməkdaşlara xidməti mobil telefonlar verən işəgötürənlər bu qurğularda SMS-bildirişləri oxumaq hüququna malikdir.
 
Qaydada istisnanı yalnız istifadəçinin “şəxsi” kimi qeyd edilən məlumatları təşkil edir.
 
Müvafiq qərarı Fransa Kasasiya Məhkəməsi iki maliyyə şirkəti arasında gedən istintaqın yekunları üzrə qəbul edib. Şirkətlərdən biri əməkdaşların SMS-bildirişlərinin izlənilməsi ilə məşğul olub.
 
Məhkəmə qərarına əsasən, xidməti telefon vasitəsilə göndərilən və ya alınan SMS mahiyyət etibarilə işçi xarakter daşıyır və bu səbəbdən ondan işəgötürən yararlana bilər, - “Qazeta” yazır.




23/02/15    Çap et