Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın poçt operatoru Avropa və MDB ölkələri ilə islahat təcrübəsini bölüşəcək


Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC poçt sahəsindəki islahat təcrübəsini "Avropa və MDB məkanı ölkələrinə poçt islahatının möhkəmləndirilməsi və tərəqqisində dəstək" adlı regional konfransda bölüşəcək.

Azərbaycan poçtunun islahat və inkişafının kompleks planı sentyabrın 6-7-də Kiyevdə keçiriləcək həmin konfransda nümayiş etdiriləcək.

Regional konfransın nəticələri MDB Regional Rabitə Komissiyasının Poçt rabitəsi və təşkilatın Poçt operatorları şurasının 8 sentyabrda keçiriləcək birgə iclasında müzakirə ediləcək.

Həmçinin iclasda 24 sentyabr-15 oktyabr 2012-ci il tarixdə keçiriləcək Ümumdünya Poçt İttifaqının 25-ci konfransına hazırlıq məsələləri də müzakirə ediləcək.




06/09/11    Çap et