Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan RTDK-nın katibi Regional Rabitə Birliyi Komissiyasının yanında İşçi Qrupunun 6-cı iclasına qatılacaq


Fevralın 25-dən 27-dək Moskva şəhərində radiotezlik spektri və peyk orbitlərinin istifadə tənzimlənməsi üzrə Regional Rabitə Birliyi (RRB) Komissiyasının yanında İşçi Qrupunun 6-cı iclası keçiriləcək.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, iclas Ümumdünya  Radiorabitə Konfransı (ÜRK) 15-ə hazırlıq məqsədi daşıyır.

İclasda Radiorabitə Assambleyası 2015-ə və ÜRK 15-ə hazırlıqla bağlı beynəlxalq tədbirlərin keçirilməsi və digər məsələlər müzakirə olunacaq.

Tədbirdə Azərbaycan Radiotezliklər üzrə Dövlət Komissiyasının (RTDK) katibi Salman Hüseynov da iştirak edəcək.

CAHANGİR




24/02/15    Çap et