Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Komissiyasının elektron xidmətlərindən 1 ildə 70 minə yaxın insan istifadə edib


Ötən il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 7 elektron xidmətindən 70 minə yaxın insan yararlanıb.
 
“ICTnews” elektron xəbər xidməti bu barədə komissiyanın 2014-cü ildəki fəaliyyətinə dair hesabata istinadən məlumat verir.
 
Sözügedən 7 elektron xidmətə “Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu”, “Müsabiqə və müsahibə nəticələri barədə məlumatların verilməsi”, “Dövlət qulluqçularının reyestrindən məlumatların verilməsi”, “Dövlət orqanlarına ehtiyat kadrlar barədə müvafiq məlumatların verilməsi”, “Dövlət qulluğu stajı kalkulyatoru”, “Onlayn sınaq test imtahanlarının keçirilməsi” və “Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi barədə müraciətlərin qəbulu” xidmətləri daxildir.
 
Bu xidmətlər üzrə istifadəçi sayı hesabat dövründə 69114 nəfər olub.
 
 
CAHANGİR




26/02/15    Çap et