Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda daxili internet şəbəkənin yaradılması planlaşdırılır


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi  “Azdatakom” şəbəkəsinin  texniki resurslarını hazırda ölkəmizdə fəaliyyət göstərən 30-dan çox internet provayderə təqdim edərək daxili internet şəbəkəsi yaratmağı təklif edib.
 
Daxili internet şəbəkənin yaradılması qlobal internet şəbəkəsindən maksimum səmərəli istifadəni tənzimləmək, bununla internet provayderlərin  beynəlxalq kanallarının 35-40 faizə qədər əlavə yüklənməsinin qarşısını almaq, yerli internet resurslardan istifadə zamanı sürəti tənzimləyərək gecikmələri minimuma endirmək, eləcə də daxili internet resurslarının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
 
İlk vaxtlar internet provayderləri arasında 1 Gb saniyə sürətli kanalın yaradılması nəzərdə tutulur. Trafikin həcmi artdıqca kanalın sürətinin artacağı da istisna deyil. 
 
CAHANGİR
 




26/02/15    Çap et