Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ericsson” Ümumdünya Mobil Konqresində “5G” funksionalını təqdim edəcək


Hazırda beşinci nəsil rabitə standartının hazırlanması üzərində proses gedir. Proqnoza görə, ilk “5G” rabitə şəbəkələri 2020-ci ildə kommersiya istismarına veriləcək. Ancaq “Ericsson” şirkəti artıq indi “5G” standartının əsas funksionalını nümayiş etdirir.

"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, Barselonada keçiriləcək Ümumdünya Mobil Konqresində “Ericsson” şirkəti “5G-LTE Dual Connectivity” və “5G Multipoint Connectivity” texnologiyasını təqdim edəcək.

“Ericsson” şirkəti “5G” standartını mövcud və yeni texnologiyaların təkamül inkişafı kimi görür. Müxtəlif tezlik diapazonları və texnologiya standartlarının eyni zamanda istifadəsinin dəstəyi milyardlarla qurğu və əşyanın qoşulmasının təmini, özəl və korporativ istifadəçilərə xidmət göstərilməsi üçün mühüm əhəmiyyət kəsb edəcək.

“Ericsson”un sınaq meydançasına “5G” dəstəkli qurğular və 15 QHs tezlikdə işləyən “5G” baza stansiyaları daxildir.

Emil Hüseynov




27/02/15    Çap et