Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Aviaşirkət təyyarələrində internetin sürətini 70 Mbit/s-dək çatdıracaq


“Delta Airlines” şirkəti təyyarələrində internetin sürətini 70 Mbit/s-dək çatdırmaq niyyətindədir.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, servis “Gogo 2Ku” xidməti üzərindən təqdim ediləcək. Bu xidmət eyni zamanda “SES” şirkətinin yerüstü CDMA telekom infrastrukturunu və peyk rabitəsini istifadə edir.
 
Vahid kanalın ötürmə qabiliyyəti, xidmətin haqqını ödəyən bütün sərnişinlər arasında bölünəcək. “Hər istifadəçiyə” təqdim edilən real sürət “3G şəbəkələrində təbii” olan sürətlə eyni olacaq, yəni 3 Mbit/s.
 
Aynur Vəliyeva




28/02/15    Çap et