Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil sörfinq internetdən ümumi istifadənin 6%-ni təşkil edir


Mobil qurğular vasitəsilə internetdə sörfinq bugünkü gündə internetdən ümumi istifadənin 6%-ni təşkil edir. Bu məlumatları “Net Applications” statistik agentliyi bildirib.

1 il əvvəl kompyuter və noutbukların vasitəsilə veb-sörfinq şəbəkədən ümumi istifadənin 97,2%-ni təşkil edirdi. Bu gün isə onun payı 93,2%-ə qədər azalıb. Buna səbəb isə ilk növbədə mobil sörfinq tərəfindən olan rəqabətdir.

Maraqlıdır ki, bütün mobil internet sörfinqin 53%-i “Apple” qurğularının – “iPod Touch”, “iPhone”, “iPad” payına düşür. “Android” (standart səyyahdan istifadə edənlər) əməliyyat sistemi ilə işləyən aparatların payı 15,7% təşkil edir.

Qeyd edək ki, keçən illə müqayisədə onun payı 8,1% artıb. “Symbian” sistemli qurğuların mövqeləri pisləşib, onun payına yalnız 5,8% düşür. Ən çox “Opera Mini” səyyahının payı (20,8%-dən 12.5%-ə qədər) azalıb.




06/09/11    Çap et