Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ultel” CDMA abunəçilərinə xəbərdarlıq edib


“Ultel” MMC-nin CDMA abunəçiləri aşağı sürətli internet xidmətindən istifadə edə bilməyəcək. Belə ki, şirkət martın 10-dan aşağı sürətli (128 kb/s qədər) CDMA data xidmətini dayandırır.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, şirkətin bu barədə xəbərdarlığı saytında yerləşdirilib.
 
Şirkət abunəçilərini optik FTTx və digər texnologiyalar əsasında daha yüksək sürətli internet xidmətindən istifadə etməyə dəvət edir.
 
CAHANGİR
 




05/03/15    Çap et