Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” Avropada naşirlərin saytına trafik qazandırır


İspaniya, İtaliya və Braziliyada istifadəçilər internet xəbərləri oxumaq üçün “WhatsApp” mobil messencerindən aktiv istifadə edirlər, amma ABŞ, Fransa və Böyük Britaniyada aşağı aktivlik qeydə alınıb.
 
"ICTnews" elektron xəbər xidməti “searchengines.ru” saytına istinadən bildirir ki, 2014-cü ildə “Reuters” elmi tədqiqat institutu tərəfindən 20 min insan arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, orta hesabla dünyada 20 internet istifadəçisindən biri hər həftə xəbər oxumaq üçün “WhatsApp”dan istifadə edir. Gözləntilərə görə, cari ildə belə istifadəçilərin payı artmalıdır.
 
“WhatsApp” messenceri bəzi bazarlarda yönləndirmələrin sayına görə “Facebook”u ötüb.
 
Xatırladaq ki, ötən ay “WhatsApp” messencerinin auditoriyası 700 milyona çatıb.
 
Emil Hüseynov
 
 




05/03/15    Çap et