Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycandilli “Vikipediya”da “Mövzulu ay” layihəsi davam edir


Azərbaycandilli “Vikipediya”da martın 20-dək “Şotlandiya ayı” keçirilir.
 
“ICTnews” elektron xəbər xidmətinin “Vikipediya”ya istinadən verdiyi məlumata görə,  “Şotlandiya ayı” – “Mövzulu ay” layihəsinin bir hissəsi kimi Şotlandiya haqda məqalələrin yazılması üçün yaradılıb. Bu layihə çərçivəsində mövzu ilə əlaqəli məqalələrin zənginləşdirilməsi də nəzərdə tutulub.
 
Layihə iştirakçıları  “Vikipediya:Mövzulu ay/Şotlandiya ayı/Plan”  səhifəsində nəzərdə tutulan səhifələri, həmçinin həmin səhifədə olmayan, lakin Şotlandiya ilə bağlı olan səhifələri yarada və təkmilləşdirə bilərlər.
 
Qeyd edək ki, bu layihə “Azərbaycan vikimediaçıları”  istifadəçi qrupunun  təşəbbüsü ilə həyata keçirilir.
 
CAHANGİR

 




10/03/15    Çap et