Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” Londonda ilk mağazasını açıb


ABŞ-ın “Google” şirkəti Londonda ilk "Google Shop” mağazasını istifadəyə verib.
 
“Currys PC World” ticarət mərkəzində yerləşən mağazada “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən telefon və planşetlər çeşidi, "Chromebook” və “Chromecasts” noutbukları satılır. Şirkətin yeni mağazası “Apple Regent Store” mağazası yaxınlığında yerləşir.
 
Sonradan “Google” fəaliyyətini genişləndirərək Böyük Britaniyada mağazalar şəbəkəsi açmağı planlaşdırır. Bundan başqa, "Google Shop” əməkdaşları texnoloji məhsullardan istifadə və onların tətbiqi üzrə təlimlər keçəcək, eləcə də yeni qurğular nümayiş etdirəcək.
 
İki il əvvəl “Google” ABŞ-da mağazalar açmaq imkanını öyrənsə də, bu, hələ ki baş tutmayıb, - "Computerworld” yazır.




12/03/15    Çap et