Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

O, “Apple” şirkətinin məhsullarından istifadə etmir


“Apple Watch” smart saatını satın almaq “Microsoft”un qurucusu Bill Qeytsin planına daxil deyil. Bu haqda “TMZ” nəşrinə qısa müsahibəsində milyarderin xanımı Melinda Qeyts deyib.

"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “TMZ” nəşrinin müşahidəçisi “Apple Watch” smart saatlarının nümayişindən sonra Melinda Qeytslə görüşüb. Onun və həyat yoldaşının “Apple”ın “ağıllı” saatını satın almaqla bağlı sualına qısa cavab verib: “Xeyr”.

"Xeyr, mən almaq istəmirəm" – Melinda Qeyts deyib. "Biz yalnız “Microsoft”un məhsullarından istifadə edirik" – o bildirib.

Qeyts və Cobs – fərdi kompüter (FK) sənayesinin “pioner”ləridir, ancaq Stiv Cobs 2011-ci il oktyabrın 5-də dünyasını dəyişib.

Emil Hüseynov
 




12/03/15    Çap et