Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetdə 485,2 milyon sayt fəaliyyət göstərir


Monitorinq şirkəti “Netcraft” dünən sentyabr ayının 1-i vəziyyətinə əsasən, internet saytların sayı haqqında hesabatı dərc edib.

Şirkətin məlumatlarına əsasən, şəbəkədə göstərilən tarixdə (1 sentyabr) 485 173 671 sayt fəaliyyət göstərib.

Bu göstərici əvvəlki aydan 4,8% və ya 22 milyon çoxdur. “Apache” serveri veb-server proqramları arasında lider qalmağa davam edir. Onun bazasında 315 milyon host yerləşir.




07/09/11    Çap et