Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “street art” rəsmlər toplusunu təqdim edib


“Google” şirkəti “Android Wear” “ağıllı” saatların siferblatını bəzəmək üçün “street art” rəsmlər toplusunu təqdim edib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, ötən ilin dekabr ayından “Google” rəsmi olaraq onları fərdi şəkildə bəzəməyə icazə verib. O vaxtdan etibarən “Google Play” onlayn dükanında çox sayda tərtibat variantları təqdim edilib.
 
Yeni “Street Art” toplusu – “Google Art Project” layihəsinə qoşulmuş onlarla dizayner işlərinin nəticəsidir. Tərtibatın üç altqrupu mövcuddur: analoq, rəqəmli və minimalistik.
 
Aynur Vəliyeva




18/03/15    Çap et