Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil internet istifadəçilərinin sayı sürətlə artır


2012-ci ildə istifadəçinin mobil internetdə keçirdiyi orta vaxt müddəti gündəlik 74,4 dəqiqə təşkil edibsə, o zaman 2014-cü ilin ikinci rübündə bu göstərici gündəlik 108,6 dəqiqəyə çatıb.

"ICTnews" elektron xəbər xidməti “computerworld.ru” saytına istinadən bildirir ki, tədqiqatçılar, həmçinin mobil qurğulardan qlobal şəbəkəyə çıxışın populyarlaşmasını qeyd ediblər: 2011-2014-cü illərdə dünyada mobil internetdən istifadə 36 faiz, halbuki həmin müddətdə masaüstü kompüterlərdən internetə çıxış 10 faiz yüksəlib. 2014-cü ildə internet trafikinin 4 faizi mobil qurğular tərəfindən yaradılırdısa, 2019-cu ilədək mobil internet trafikinin payı 15% təşkil edəcək, “J'son & Partners Consulting” analitik agentliyinin nümayəndəsi belə hesab edir.

Yaxın gələcəkdə mobil məlumatların ötürülməsi üzrə qlobal trafik 57 faiz orta illik artım sürəti ilə inkişaf edəcək. 2014-cü ilin nəticəsinə görə, orta trafikin göstəricisi aylıq 2,5 ekzabayt təşkil edib, 2019-cu ilədək bu göstərici 10 dəfə artaraq aylıq 24,3 ekzabayta çatacaq.

Emil Hüseynov
 




18/03/15    Çap et