Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Aprelin 1-dən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı poçt şöbələrində aparılmayacaq


Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatında dəyişiklik olunub.
 
Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 24 fevral 2015-ci il tarixli Qanununa əsasən  məcəllənin 21.2-ci maddəsində “informasiya ehtiyatı, poçt,” sözləri “informasiya ehtiyatı” sözləri ilə əvəz edilib. Beləliklə, bu il aprelin 1-dən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı poçt şöbələrində aparılmayacaq. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyat üçün Dövlət Miqrasiya Xidmətinin “www.migration.gov.az” saytına daxil olmaqla elektron qaydada və yaxud xidmətin regional miqrasiya idarələrinə birbaşa müraciət etməklə qeydiyyata düşməlidirlər.
 
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.
 
Qeyd edək ki, əlavə məlumat üçün (012) 919 nömrəsinə müraciət etmək olar.
 
CAHANGİR




19/03/15    Çap et