Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” ABŞ-da yenidən ən cəlbedici işə götürən şirkət elan edilib


İstedadların idarə edilməsi üzrə konsaltinq xidmətlərini təklif edən “Universum Global” şirkəti 275 universitetdə İT ixtisası üzrə təhsil alan 3200 yuxarı kurs tələbəsi arasında sorğu keçirib.

Sorğunun nəticəsinə görə, “Google” ən yaxşı işə götürənlərin reytinqində birinci pillədə qərarlaşıb. Növbəti pillələrdə “Microsoft”, “Apple”, “Amazon” və “Facebook” şirkətləri yerləşib.
 
"ICTnews" elektron xəbər xidməti “searchengines.ru” saytına istinadən bildirir ki, “Universum Global” 2008-ci ildə bu məlumatları izləməyə başlayandan “Google” ən yaxşı işə götürənlərin reytinqində birinci pillədə qərarlaşıb.
 
Hesabata əsasən, kompüter ixtisası üzrə məzunların əksəriyyəti internet şirkətini "yaradıcılıq və dinamik işlək mühitlə" assosiasiya edir.
 
Emil Hüseynov
 
 




30/03/15    Çap et