Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"LG Chem" şirkəti Ağıllı Elektrik Nəqliyyatını batareya ilə təchiz edəcək
Cənubi Koreyanın “LG Chem” şirkəti “Daimler AG” avtomobil istehsalçısının 2016-cı ildə təqdim edəcəyi yeni nəsil Ağıllı Elektrik Nəqliyyat vasitələri (Smart Electric Vehicles) üçün batareya təchizatçısı kimi seçilib.
“ICTnews” xəbər xidmətinin “Reuters” saytına istinadən verdiyi xəbərə əsasən, “LG Chem” bildirib ki, Elektrik Nəqliyyat Vasitələrinin (ENV) satış payına 100 min Smart Mini avtomobil düşür, amma o, yeni müqavilənin həcmi və qiyməti barədə məlumat verməyib.
Qeyd edək ki, “LG Chem” həmçinin “General Motors” və “Renault SA” avtomobil istehsalçılarının Elektrik Nəqliyyat Vasitələrini batareyalarla təchiz edir.
Aynur Vəliyeva
30/03/15 Çap et