Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakı məktəblərinin vahid formada saytları fəaliyyətə başlayır


Bakı şəhərində yerləşən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların vahid formada saytları fəaliyyətə başlayır. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTI) tərəfindən atılan bu addım ictimaiyyətin ümumtəhsil müəssisələrinin fəaliyyəti ilə bağlı məlumat əldə etmək imkanlarının genişləndirilməsi məqsədi daşıyır.
 
Saytlar vasitəsilə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbin nailiyyətləri, rəhbərlik və pedaqoji kollektiv haqqında, məktəbdə baş verən yeniliklər və tədbirlər barədə informasiya əldə etmək mümkündür.
 
İdarədən qeyd edilib ki, bütün saytlar http://www.bakimektebleri.edu.az  portalında cəmləşdirilib.
 
 
Həqiqət İSABALAYEVA




06/04/15    Çap et