Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İsrail alimləri qidanın tərkibini təhlil edən smartfon yaradıblar


İsrail alimlərinin hazırladığı kiçikölçülü kamera real vaxt rejimində üzvi  maddələri təhlil edəcək.

Tədqiqatçılar bildiriblər ki, belə kamera smartfonlara quraşdırıla bilər. Onun köməyilə istənilən istifadəçi qida məhsullarının kimyəvi tərkibini müəyyənləşdirmək imkanına malik olacaq.

"ICTnews" elektron xəbər xidməti “tgdaily.ru” saytına istinadən bildirir ki, kamera insan gözü ilə görünməyən hiperspektral rejimdə işləyir. Bu kameranın köməyi ilə əldə olunacaq informasiya smartfonun ekranında göstəriləcək. Sistem “Unispectral” adlanır.

Smartfonun bu kamera ilə təchiz edilmiş işlək prototipinin 2015-ci ilin yayın ortalarında təqdim ediləcəyi gözlənilir.

Emil Hüseynov




07/04/15    Çap et