Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Masallı TKQ-nin yeni binası hazırdır


Masallı rayonunda telekommunikasiya qovşağının yeni binasının tikintisi başa çatıb.

”Aztelekom”İB-nin baş direktorunun birinci müavini, texniki direktor Zahir Vəliyev ilin sonunadək texniki avadanlıqların binaya yerləşdiriləcəyini bildirib.

Onun sözlərinə görə, binada qurulacaq NGN texnologiyalı ATS əhaliyə mükəmməl rabitə xidməti ilə yanaşı, bütün multimedia xidmətlərindən istifadə imkanı verəcək.

Xatırladaq ki, bu il fevralın 7-də rayonun telekommunikasiya qovşağının 4 mərtəbəli binasında güclü partlayış baş vermişdi. Partlayış nəticəsində ATS binası istifadəyə yararsız vəziyyətə düşmüşdü.




08/09/11    Çap et