Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda “Proqram təminatının yaradılması mərhələləri: təcrübə və reallıq” mövzusunda seminar keçiriləcək


Sabah aprelin 14-də Bakıda “Proqram təminatının yaradılması mərhələləri: təcrübə və reallıq” mövzusunda seminar keçiriləcək.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbir “Software Development Lifecyle” anlayışları, Azərbaycanda bu sahənin inkişafı və gələcəyi mövzusunu əhatə edəcək.
 
 Tədbir zamanı müxtəlif peşə sahiblərinin telekommunikasiya, bank, sığorta, neft-kimya və s. sahələri təmsil edən mütəxəssislərin bir araya gəlməsi gözlənilir.
 
Seminar “Keytorc”, “Azercell”, “UXAzerbaijan”, “AZTB” şirkətlərinin və  Xəzər Universitetinin təşkilatçılığı ilə keçiriləcək.
 
Aynur Vəliyeva




13/04/15    Çap et