Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sharp” şirkəti smartfonlar üçün “4K” formatlı ekran nümayiş etdirib


2015-ci ildə “2K” təsvir ölçülü ekranlarla təchiz edilmiş bir neçə qabaqcıl smartfon təqdim edilib.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Yaponiyanın “Sharp” şirkəti isə mobil qurğular üçün ilk “4K” panelini təqdim edib. Bu panelin ölçüsü 5,5 düym təşkil edir və “IGZO” texnologiyasına əsaslanır. Ekranın təsvir ölçüsü 3840x2160 piksel, piksellərin sıxlığı isə 806 ppi təşkil edir.
 
Müqayisə üçün, “iPhone 6 Plus” smartfonunda müvafiq göstərici 401 ppi təşkil edir: “alma” şirkətinin 5,5 düymlük ekranı 1920x1080 nöqtə təsvir ölçüsünü dəstəkləyir.
 
“Sharp” şirkəti 2016-cı ildə mobil “4K” panellərin kütləvi istehsalına başlamağı planlaşdırır.
 
Emil Hüseynov




14/04/15    Çap et